Futbol · APA Sport
“Roma”nın futbolçusu Yunanıstan klubunda - RƏSMİ

“Roma”nın müdafiəçisi Anass Salah-Eddine mövsümün sonunadək Yunanıstanda çıxış edəcək.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu icarə əsasında “Panatinaikos”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Mərakeş millisinin üzvü ötən mövsümü Niderlandın PSV klubunda keçirib.
Qeyd edək ki, Salah-Eddine 2025-ci ildən “Roma”ya məxsusdur və İtaliya A Seriyasında 3 matça çıxıb.