“Sabah”dan yeni transfer - RƏSMİ

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Kuinsi Ballardla 3 illik müqavilə imzalayıb.
213 sm boya malik 27 yaşlı amerikalı basketbolçu Nyu-York ştatının Sirakuza şəhərindəndir. O, basketbol karyerasına “Henninger High School”da başlayıb, daha sonra “Quality Education Academy”də çıxış edib.
Ballard 2020-ci ildə NCAA karyerasına “Florida State Seminoles”də başlayıb. İki mövsüm ərzində 36 oyunda meydana çıxan mərkəz oyunçusu 2022-ci ildə “Wichita State Shockers”ə keçib.
2024/25 mövsümündə o, 10 xal, 9,2 ribaund və 1,9 blokla yadda qalıb. Ballard həmin mövsüm Amerika Atletik Konfransında blok sayına görə lider, ribaund göstəricisində isə ikinci olub. O, həmçinin 75,1 faizlə “Wichita State” tarixində bir mövsüm ərzində ən yüksək topa sahibolma dəqiqliyinə nail olub.
Amerikalı basketbolçu ötən mövsümü “Mississippi State Bulldogs”da keçirib. O, 32 oyunun hamısında meydana çıxıb və 28 matçda start beşliyində yer alıb. Ballard mövsümü orta hesabla 6,5 xal, 6 ribaund və 1,1 blokla başa vurub.