Futbol · APA Sport
"Kəpəz"dən növbəti transfer - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Desmond Akuanın keçidini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu son olaraq Belçika “Dender”ində çıxış edib. O, ötən mömsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyuna 2 qol vurub.