Digər · APA Sport
Gəncədə ölüm-qalım matçı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında VIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" "Zirə"ni qəbul edəcək.
"Sarı-göylər" qələbə qazanaraq turnir cədvəlində irəliləmək niyyətindədir.
"Qartallar" isə "Kəpəz"lə xal fərqini artırmaq arzusundadır.
Misli Premyer Liqası VIII tur 18 oktyabr 18:30. "Kəpəz" – "Zirə" Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev. VAR: Rauf Cabarov. AVAR: Kərim Zeynalov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Gəncə şəhər stadionu