İdman24
Digər · Report İdman

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb Fərdi 18 noyabr, 2026 16:21 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov ABŞ-də işgüzar səfərdə olub.

Bu barədə "Report" a federasiyanın mətbuat xidmətindən bildirilib.

Səfərin əsas məqsədi idman sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, idman idarəçiliyi üzrə müasir yanaşmalarla tanışlıq və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Kolorado-Sprinqsdə baş tutan görüşdə F.Xəlilov şəhər Şurasının 6-cı dairə üzrə üzvü Roland Reyni ilə bir araya gəlib. Tərəflər idmanın inkişafı, gənclərin bu sahəyə cəlb olunması, idman təşkilatlarının idarə edilməsi və peşəkar strukturların fəaliyyəti istiqamətində təcrübə mübadiləsi aparıblar. Futbol sahəsində geniş təcrübəyə malik R.Reyni idman təşkilatlarının yaradılması, gənclərin inkişafının dəstəklənməsi və idmanın təşviqi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Vaşinqtonda isə AKOF rəsmisi ABŞ Kamandan Oxatma Federasiyasının ("USA Archery") icraçı direktoru Meri Emmons ilə görüşüb. Müzakirələr zamanı kamandan oxatma idman növünün inkişaf perspektivləri, idmançıların hazırlıq sistemi, məşq prosesinin təşkili, müasir infrastruktur imkanları və qarşılıqlı təcrübə mübadiləsi diqqət mərkəzində olub. Həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bu səfər federasiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ABŞ-ın idman və oxatma sahəsindəki təcrübəsinin öyrənilməsi, eləcə də qabaqcıl yanaşmaların ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "Open World" proqramının "İdman vasitəsilə iqtisadi inkişaf" (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 23:40 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub - Yenilənib Xarici siyasət 23:34 Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb Digər ölkələr 23:03 Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib Region 22:48 FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib Komanda 22:48 Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub Digər ölkələr 22:42 Foto Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib Fərdi 22:27 ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib Digər ölkələr 22:15 ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir Digər ölkələr 22:06 Foto Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə