Formula 1 · F-1.az
Frederik Vesti Cadillac-da Bottasın yerinə namizəddir

Bu gün Racing Bulls-da Liam Louson və Arvid Lindblad ilə müqavilənin növbəti mövsüm üçün uzadıldığını təsdiqləyiblər. Beləliklə, formal olaraq Formula 1-də gələn il üçün Haas və Cadillac komandalarında iki vakant yer qalıb. Haas ilə bağlı Börman ilə müqavilənin uzadılmasının elan olunması daha çox formallıq xarakteri daşıyıb, lakin Cadillac-da vəziyyət o qədər də birmənalı deyil.