İdman24
Digər · APA Sport

Tofiq Musayev: “Çəkdiyimiz əziyyət yerdə qalmayacaq”

Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən "UFC Fight Night Baku" turniri və qarşıdakı döyüşünə hazırlıq prosesi ilə bağlı fikirlərini Apasport.az -la bölüşüb.

Təcrübəli idmançı turnirdə çıxış edən azərbaycanlı döyüşçülər – Tahir Abdullayev, Fərman Həsənov, Nazim Sadıxov və Rafael Fiziyev barədə danışıb.

Tofiq Musayev ölkəni beynəlxalq arenada layiqincə təmsil edən bütün idmançılarla qürur duyduğunu bildirib: “Kim ölkənin bayrağını namusla, vicdanla qaldırırsa, onunla qürur duyuram. Hər bir döyüşçüyə karyerasında uğurlar arzulayıram”.

Təmsilçimiz qarşıdakı döyüşünə hazırlığın plan üzrə davam etdiyini də vurğulayıb: “Hazırlıq yaxşı gedir, şükür Allaha. İnşallah, çəkdiyimiz əziyyət yerdə qalmaz”.

Qeyd edək ki, Tofiq Musayev UFC-də növbətinə döyüşünə avqust ayının 1-də çıxacaq. İdmançı çilili İqnasio Bahamondes ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə