İdman24
Şahmat · APA Sport

"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub

"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Gənclər və İdman Nazirliyi, AŞF və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

Festivalın bağlanış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və AŞF prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

9 turda 7,5 xal toplayan Murad İbrahimli "Shirvan Open" festivalının A turnirinin qalibi olub. Hərəyə 7 xalı olan Namiq Quliyevlə hindistanlı şahmatçı Visah müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüblər.

B turnirində Ümid Ələsgərov 7 xalla birinci yeri tutub. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev üçüncü olub.

Hindistan şahmatçıları Haqavane Aakanşa rapid, Visah isə blitsdə birinci yeri tutub.

6 ölkədən 150-yə yaxın şahmatçının mübarizə apardığı beynəlxalq festival yüksək rəqabət və maraqlı şahmat anları ilə yadda qalıb.

Qeyd edək ki, turnirin mükafat fondu 22 min 670 manat təşkil edib.

Orijinal mənbə

İdman24 əsas səhifə