Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub Xarici siyasət 08 oktyabr, 2026 14:12 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
"Report" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В городе Туркменбаши состоялась встреча президента Ильхама Алиева с президентом Туркменистана Foto President Ilham Aliyev meets with President of Turkmenistan in Turkmenbashi --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 15:43 Azərbaycandakı sənaye müəssisələrinin proqram vəsaitlərinin alınmasına çəkdiyi xərc 9 dəfə artıb Sənaye 15:35 Böyük Britaniya Rusiyaya qarşı daha bir sanksiyalar paketi qəbul edib Digər ölkələr 15:22 Ermənistanda insan alveri ilə məşğul olan əcnəbilər saxlanılıb Region 15:20 Avropanı tənbəlləşdirən liberal ideologiya - Qərbin çöküşü Analitika 15:19 Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib Maliyyə 15:17 Energetika Nazirliyi ötən rüb 149 icazə verib Energetika 15:14 TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb Sağlamlıq 15:08 C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır Analitika 15:05 ABŞ-dən olan turist: Şuşa mənə İsveçrəni xatırladır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.