Futbol · APA Sport
"Şəfa" yeni transferini açıqlayıb

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Omar Abdulaye Diavla anlaşıb.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, ölkəsində isə “Olimpik Markkua” və “Krua” komandalarının formasını geyinib.