Futbol · APA Sport
Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub

Azərbaycan futzal liqalarında 2026/2027 mövsümü üzrə "transfer pəncərələri"nin tarixləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Payız "transfer pəncərəsi" noyabrın 10-u saat 23:59-dək davam edəcək.
Qışda isə transfer müddəti 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.
Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.