İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Fərdi 23 noyabr, 2026 12:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın paralimpiya çempionu İlham Zəkiyevin Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında əsas məqsədi reytinq xallarını artırmaq olub.
İdmançı bunu "Report" a açıqlamasında deyib.
O, zədələr səbəbindən yarışa tam hazır olmasa da, bürünc medal qazanmağı qənaətbəxş nəticə sayıb:
"İsgəndəriyyə Qran-prisində ilk dəfə deyildi ki, iştirak edirdim. 2023-cü ildə də bu turnirə qatılmış və vətənə qızıl medalla qayıtmışdım. Bu dəfə dünya çempionatından sonra zədələrim var idi, müalicələrlə əlaqədar hazırlığım istədiyim səviyyədə deyildi. Rəqiblərim tanıdığım idmançılar idi. Məğlub etdiyim iki cüdoçudan britaniyalı sonuncu dünya çempionatının bürünc mükafatçısıdır. Bürünc medal uğrunda görüşdə üstələdiyim qazaxıstanlı rəqib isə sonuncu dünya çempionu, ondan əvvəlki birinciliyin finalçısı və bürünc mükafatçısıdır. Bu yarışda iştirak etməkdə əsas məqsədim reytinq xallarımızı artırmaq və mövqeyimizi yaxşılaşdırmaq idi. Vətənə əliboş qayıtmadıq, nəticəni qənaətbəxş hesab edirəm".
Paracüdoçu qızıl medal qazana bilməməsinin səbəblərinə və kateqoriya bölgüsündəki problemlərə də toxunub:
"Qızıl medal üçün ilk növbədə hazırlığım tam yetərli deyildi. Digər tərəfdən, təəssüf ki, görmə qabiliyyəti olan idmançılar hələ də bu kateqoriyada mübarizə aparırlar. Sonuncu dünya çempionu moldovalı rəqibə uduzdum, halbuki vaxtilə Avropa çempionatında onu məğlub etmişdim. Görmə imkanının olması həm hazırlıq prosesində, həm də görüş zamanı rəqibə üstünlük qazandırır. Bu, şikayət kimi səslənməsin, reallıq belədir. Əslində J1 kateqoriyasında yalnız heç görməyənlər, J2-də isə zəif görənlər çıxış etməlidirlər. Əlbəttə, belə halla ilk dəfə üzləşmirəm. İndiyədək beş Paralimpiadada görmə qabiliyyəti olan cüdoçularla güləşmişəm. Parisdəki Paralimpiya yarışlarından əvvəl qaydalar dəyişdirildi, J1 və J2 kateqoriyaları ayrıldı. Ona qədər B1, B2 və B3 siniflərinin hamısı birlikdə mübarizə aparırdı və mən onların hər biri ilə qarşılaşmışam".
O, növbəti il üçün planlarından və əsas hədəfindən də danışıb:
"Gələn ilin yarış təqvimi açıqlandıqdan sonra məşqçilərlə birlikdə təhlil aparacaq və hansı turnirlərdə iştirakımızın vacib olduğunu müəyyənləşdirəcəyik. Yarışlar çox olsa da, hamısına qatılmaq mütləq deyil, uyğun olanları seçəcəyik. Bildiyiniz kimi, Paralimpiya Oyunlarında püşkatma reytinqə əsasən aparılır. İlk dördlükdə yer alanlar ayrı səbətlərə bölünür, digərləri isə qalan xanalara yerləşdirilir. Ona görə də əsas məqsədimiz reytinqdə ilk dördlüyə düşmək və orada möhkəmlənməkdir".
Qeyd edək ki, Qran-pridə J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.