İdman24
Futbol · Report İdman

Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyununa çıxıb Futbol 23 noyabr, 2026 12:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Misli Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Bu barədə "Report" a Peşəkar Futbol Liqasından məlumat verilib.

"Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.

"Qarabağ"dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da "Neftçi"nin "sükanı arxası"nda "Gənclərbirliyi" ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da "Bakılı" ilə səfər matçında (2:1) "Qarabağ"ı ilk sınağa çıxarıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Гурбан Гурбанов провел 900-й матч в качестве тренера --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə