Futbol · APA Sport
Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu

DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, pley-offun ilk raundunda Kolumbiya və Qana milliləri üz-üzə gələcək.
Kolumbiya K qrupunu lider kimi başa vurub. Qana isə L qrupunda 3-cü yeri tutaraq ən yaxşı üçüncülər sırasında 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, qarşılaşma iyulun 3-də keçiriləcək.