İdman24
Futbol · Report İdman

Nicat Məhərrəmov: "Avropa Liqasında yeganə çətinlik heyətdəki oyunçu sayının azlığıdır"

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 29° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Nicat Məhərrəmov: "Avropa Liqasında yeganə çətinlik heyətdəki oyunçu sayının azlığıdır" Futbol 15 sentyabr, 2026 14:18 Azərbaycanı minifutbol üzrə Avropa Liqasında təmsil edəcək "Buxar Sumqayıt"ın yeganə çətinliyi oyunçu sayının azlığı ilə bağlıdır.

Bunu "Report" a açıqlamasında komandanın baş məşqçisi Nicat Məhərrəmov deyib.

Mütəxəssis komandanın hazırlığı və viza məsələləri barədə danışıb:

"Bir aydan çoxdur ki, təlim-məşq toplanışı keçirik. Məşqlərimiz əsasən Sumqayıtda təşkil olunub. Sponsorluq məsələsində bəzi çətinliklər yaşandığı üçün heyətə kifayət qədər oyunçu cəlb edə bilmədik. Çünki federasiya müəyyən dəstək göstərir, qalan məbləği komanda olaraq təşkil etməliyik. Üstəlik, bəzi futbolçuların viza almasında problem yarandı. Bu məsələ digər kollektivlərə az təsir etsə də, heyət məhdud olduğu üçün bizə 30-40 faiz zərər vurur. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Minifutbol Federasiyası bu məsələnin həlli üçün dəstək olmağa çalışır. Heyətdəki oyunçuların sayından asılı olmayaraq, yarışda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".

O, komandanın son durumu haqqında məlumat verib:

"Heyətdən 3 futbolçu və 2 təşkilati dəstək verən şəxs viza ala bilməyib. Hazırda sənəd alanlar 7 nəfərdir. Onlardan biri qapıçı, 6-sı isə meydan oyunçusudur. Məsələ həll olunmasa, "Zirə" klubunun Azərbaycanın U-23 millisində çıxış edən və vizaları hazır olan 2 üzvü heyətə qoşulacaq. Beləliklə, idmançı sayını 9-a qaldıra bilərik. Yarışda gün ərzində iki matç keçiriləcəyi üçün qrafik ağırdır. Slavyan ölkələrindən olan rəqiblər də fiziki baxımdan güclüdürlər. Buna baxmayaraq, hazırlığımız yüksək səviyyədədir".

Baş məşqçi rəqiblər və turnirdəki hədəflər barədə də fikirlərini bölüşüb:

"Qrupda Çexiya, Polşa və Bosniya və Herseqovina təmsilçiləri yer alıblar. Bu komandanın oyunlarını təhlil etmişəm, ötən il mərhələ adlayan güclü kollektivdirlər. Əsas problem heyətdəki oyunçu sayının azlığıdır. Buna baxmayaraq, bütün rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür. Futbolçulara da aşılamışam ki, əsas hədəf finala qədər irəliləməkdir. Mövcud problemlər komandaya əlavə motivasiya olacaq".

Qeyd edək ki, "Buxar Sumqayıt" G qrupunda Çexiyanın "Abus Qastro Jıhlava", Polşanın "Aldaç 442 Sport Pub", Bosniya və Herseqovinanın "Delinq İkons Lukavaç" kollektivləri ilə üz-üzə gələcək.

Avropa Liqasının oyunları sentyabrın 26-dan 29-na qədər İspaniyanın Kambrils şəhərində keçiriləcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 29° C Son xəbərlər 15:44 Niko Şlotterbek "Real"ın maraq dairəsinə düşüb Futbol 15:38 Azərbaycan neft ixracından qazancını 10 %-dən çox artırıb Energetika 15:32 Azərbaycan 8 ayda 16 milyard kubmetrdən çox təbii qaz ixrac edib Energetika 15:31 Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 %-ə yaxın azaldıb Biznes 15:29 Foto Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib İnfrastruktur 15:27 Foto Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb Hadisə 15:20 Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb Biznes 15:19 Azərbaycanın Ermənistana 8 aylıq ixracının dəyəri açıqlanıb Biznes 15:16 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə