Millimizin heyəti açıqlandı

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət milli komandalarının Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) dərc etdiyi iştirak ərizəsinə Azərbaycanın 29 idmançısı daxil edilib.
Onlardan 10-u sərbəst, doqquzu qadın, 10-u isə yunan-Roma güləşində mübarizə aparacaq. UWW heyətlərdə dəyişikliklərin mümkün olduğunu qeyd edib.
Sərbəst güləş: 45 kq - Tunar Həsənov 48 kq - Hüseyn Rzazadə 51 kq - İbrahim Həsənov 55 kq - Abbas Şəfiyev 60 kq - Elcan Həsənov 65 kq - Rəşid Nəzərov 71 kq - Tunar Quliyev 80 kq - Nihad Süleymanlı 92 kq - Elgün Kərimli 110 kq - Hakim Tağıyev.
Qadın güləşi: 40 kq - Gülxanım Şirinova 43 kq - Məryəm Əmralı 46 kq - Nuray Cəfərli 49 kq - Xədicə Qurbanzadə 53 kq - Fatimə Bayramova 57 kq - Ülviyyə Musayeva 61 kq - Fidan Babayeva 65 kq - Rana Nuriyeva 69 kq - Simurə Abdullayeva.
Yunan-Roma güləşi: 45 kq - Əli Cavadlı 48 kq - Ömər Salmanov 51 kq - Əbdürrəhman Hüseynli 55 kq - Qurban Məcnunov 60 kq - Elmir Çərkəzov 65 kq - Orxan Həbibli 71 kq - Əli Məmmədov 80 kq - İsfahan Həsənov 92 kq - Zöhrab Səfərov 110 kq - Məhəmməd Mustafayev.
U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək. Yarış yunan-Roma güləşi ilə başlayacaq, daha sonra qadın güləşi üzrə qarşılaşmalar təşkil olunacaq. Turnir sərbəst güləşçilərin mübarizəsi ilə yekunlaşacaq.