İdman24
Digər · APA Sport

III Xankəndi Ultramarafonunun startı Qəbələdə veriləcək

Oktyabrın 8-dən 11-dək III Beynəlxalq Xankəndi Ultramarafonu keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışa Qəbələdən start veriləcək.

Beş ölkədən 100 atletin iştirakı gözlənilən ultramarafonda iştirakçılar 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.

Yarış Qəbələ–Ağdaş (55 km), Ağdaş–Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28 km) olmaqla dörd mərhələdən ibarət olacaq.

Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Orijinal mənbə

İdman24 əsas səhifə