İdman24
Digər · Report İdman

Morteza Validarvi: "Airbadminton komandası növbəti yarışlarda qızıl medal qazanacaq"

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Morteza Validarvi: "Airbadminton komandası növbəti yarışlarda qızıl medal qazanacaq" Fərdi 19 oktyabr, 2026 15:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın Airbadminton komandası növbəti yarışlarda qızıl medal qazana bilər.

Bunu "Report" a açıqlamasında Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.

O, Airbadminton yığmasının Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən Avropa çempionatındakı uğurlu çıxışından danışıb:

"Biz artıq ikinci ildir ki, açıq havada oynanılan Airbadminton üzrə Avropa çempionatında iştirak edirik. Bakıda keçirilən ilk qitə birinciliyinin qarışıq komanda yarışında finala kimi irəliləyərək gümüş medal qazandıq. Bu dəfə isə Yunanıstanda qadınların üçlü kateqoriyasında bürünc medal əldə etdik. Bakıda keçirilən Avropa çempionatı ilə müqayisədə bu dəfə iştirakçı ölkələrin sayı daha çox idi".

Morteza Validarvi komandada orta yaş həddinin aşağı olduğunu vurğulayıb:

"Uğurlu çıxışımızın sayəsində dünya çempionatında iştirak hüququ qazandıq və bir daha göstərdik ki, Airbadmintonda uğurlu çıxış etmək potensialımız yüksəkdir. Düşünürəm ki, gələcəkdə bürünc medalı qızıla çevirə bilərik. Bunun üçün komanda üzvlərinin qum üzərində daha çox birlikdə məşq etməsinə ehtiyac var. Çünki bizim heyətimizdə yer alan badmintonçular daha çox zalda oynayırlar. Sevindirici məqam odur ki, qız badmintonçularımızın orta yaşı aşağıdır. Heç 20 yaş deyil. Bu isə o deməkdir ki, qarşıdakı 10 il ərzində bizim Airbadmintonda çox güclü komandamız formalaşa bilər".

Mütəxəssis Türkiyə ilə yarımfinal görüşünün çətin keçdiyini, həmçinin Airbadmintonun Azərbaycanda inkişafı üçün görüləcək işləri də diqqətə çatdırıb:

"Türkiyə ilə yarımfinal görüşü çətin alındı. Bir qədər təcrübə də çatmadı. Ümumilikdə Airbadminton badmintonun yeni qoludur. Amma burada çox böyük perspektiv görünür. Biz də istəyirik ki, bu sahədə də uğurlu olaq. Məşqçi, idmançı, hakim yetişdirək. Airbadmintonun ölkəmizdə inkişafı üçün müvafiq şərait yaradaq və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldıraq".

Xatırladaq ki, Avropa çempionatında Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət Azərbaycan yığması qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 18:21 Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb Biznes 18:21 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Daxili siyasət 18:15 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Region 18:01 Foto Leyla Əliyeva Türkmənistanda səfərdədir Xarici siyasət 17:59 Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir Region 17:58 Foto Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib Xarici siyasət 17:56 Foto Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub Hərbi 17:56 Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək ASK 17:53 ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə