İdman24
Futbol · Report İdman

Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Futbol 25 noyabr, 2026 10:45 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Barselona" komandasına qarşı oynamaq hər futbolçunun arzusudur.

"Report" xəbər verir ki, bu barədə "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov EFE agentliyinə açıqlamasında deyib.

27 yaşlı oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniya təmsilçisinə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:

"Barselona"ya qarşı oynamaq "Sabah" üçün fəxr, hər futbolçu üçün isə arzudur. Biz rəqibin fərdi oyunçularını yox, bütöv komandanı təhlil edirik. Qarşılaşmaya hazırlığımız da məhz buna əsaslanıb. "Barselona"nın gücü kollektivdədir. Bakı Olimpiya Stadionunun tam dolacağı gözlənilir. Belə tribunalar önündə nəhəng komandaya qarşı oynamaq əlavə məsuliyyətdir. Amma matç başlayanda bütün emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən. Lakin güclü komandalara qarşı öz oyun üslubunu qorumaq da çətindir".

Azərbaycan millisinin üzvü qitənin bir nömrəli klub turnirində debüt etmələri haqqında da danışıb:

"Sabah" doqquz il əvvəl yaradılan klubdur və qısa müddətdə UEFA Çempionlar Liqasında çıxış etməsi böyük işlər görüldüyünü göstərir. Bakıda bu cür böyük Avropa klubları ilə üz-üzə gəlmək artıq planın yerinə yetirilməsi deməkdir. Biz "Barselona" ilə görüşdə mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq".

Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 18:50 Xalq artisti Elmira Şabanova vəfat edib Digər 18:38 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Mədəniyyət siyasəti 18:33 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Region 18:15 Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq Mədəniyyət 18:12 Foto "PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Maliyyə 18:04 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb Maliyyə 18:02 Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib İdman 18:02 Foto "Bravo" böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Biznes 18:01 Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə