DÇ-2026: Xorvatiyadan minimalhesablı qalibiyyət - YENİLƏNİB

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, Panama millisi Xorvatiya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayıb.
Matçın taleyini 1 qol həll edib. 54-cü dəqiqədə Budimir Xorvatiyaya 3 xal qazandıran qolu vurub.
Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Panama ilk turda Qanaya 0:1 hesabı ilə məğlub olub. Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra Panama 0 xalda qalıb və qrupdan çıxmayacağı dəqiqləşib. Xorvatiya isə ilk 3 xalını qazanıb.
Dünya çempionatı L qrupu, II tur 24 iyun
Panama : Moskera, Blekman, Ramos, Kordoba, Murilyo, Harvi, Martinez, Andrade, Barsenas, Nelson Faxardo, Rodriqes
Xorvatiya : Livakoviç, Qvardiol, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Perişiç, Baturina, Paşaliç, Musa