Digər · APA Sport
Bundesliqada ayın oyunçusu müəyyənləşib - 4-cü dəfə

Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu mükafata “Bavariya”nın vingeri Maykl Olise layiq görülüb.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
24 yaşlı fransalı ötən ay Bundesliqada keçirdiyi 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Olise karyerasında 4-cü dəfə ayın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. O, həmçinin ötən mövsüm Bundesliqada ilin futbolçusu seçilib.