İdman24
Futbol · Report İdman

Siyasət Əsgərov: "Qrupda bizə əsas çətinliyi Latviya və Gürcüstan milliləri yaradacaq"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Siyasət Əsgərov: "Qrupda bizə əsas çətinliyi Latviya və Gürcüstan milliləri yaradacaq" Futbol 04 noyabr, 2026 10:43 Siyasət Əsgərov Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasına UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunda əsas çətinliyi Latviya və Gürcüstan seçmələri yaradacaq.

Bunu "Report" a açıqlamasında Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis püşkatmanın nəticələrini dəyərləndirib:

"Millətlər Liqasında rəqiblərimizin bəlli olmasını uzun müddət idi ki, gözləyirdik. Bu, bizim üçün çox əhəmiyyətli idi. Qrupda Latviya, Gürcüstan və Lixtenşteyn yer alıb. Latviya və Gürcüstanla əvvəllər yoldaşlıq görüşləri keçirmişik. Gürcüstanla əvvəl rəsmi matçda da qarşılaşmışıq. Lakin son illərdə yoldaşlıq matçı belə oynamamışıq. Latviya ilə üç il əvvəlki hər iki qarşılaşmada bərabərə qalmışıq. Lixtenşteynlə isə ilk dəfə rəqib olacağıq".

O, rəqiblərin gücünə diqqət çəkib:

"Düşünürəm ki, Latviya da, Gürcüstan da son illərdə qadın futbolunda sözünü demiş komandalardandır. Rəqiblərlə eyni gücə malik olduğumuz üçün çox ciddi və sərt oyunlar keçəcək. Lixtenşteyn də yeni inkişaf edən komandadır, onlar da xal qazanmaq üçün mübarizə aparacaqlar. Lakin qrupda bizə əsas çətinliyi Latviya və Gürcüstan yığmaları yaradacaq. İstədiyimiz nəticəni əldə etmək üçün maksimum diqqətli olmalı, ciddi hazırlaşmalı, minimum səhv edib qarşı tərəfi səhvə məcbur etməliyik".

S.Əsgərov futbolçuların hazırlıq vəziyyətinin vacibliyini də vurğulayıb:

"Futbolçularımızın çoxu ölkə xaricində, müxtəlif klublarda çıxış edir. Arzumuz odur ki, milli komandanın toplanışından əvvəl zədə problemləri olmasın. Oyunçular komandanın düşərgəsinə tam sağlam, yaxşı fiziki formada və oyun təcrübəsi ilə qoşulsalar. Bu, bizim üstünlüyümüz olacaq. İndi oyun təqviminin açıqlanmasını gözləyirik və buna uyğun planlaşdırma aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteynlə mübarizə aparacaq. İlk tura 2027-ci il fevralın 23-də start veriləcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 12:34 Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib İnfrastruktur 12:31 Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib Digər ölkələr 12:31 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Daxili siyasət 12:29 "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb" Komanda 12:25 Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək Biznes 12:21 Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib" Maliyyə 12:20 "Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb Futbol 12:15 Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb Mədəniyyət siyasəti 12:12 AMB sədri: "Gələn il büdcə kəsirinin borclanma ilə maliyyələşdirilməsi inflyasiyaya ciddi təsir etməyəcək" Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə