Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 20° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Daxili siyasət 02 oktyabr, 2026 19:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
"Report" xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra İşçi Qrupun əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər barədə yerli və xarici ictimaiyyətin davamlı məlumatlandırılması və maarifləndirilməsinin təmin edilməsi olub.
Qeyd edilib ki, bərpa-quruculuq və minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğu və dayanıqlı məskunlaşması, təhsil imkanları, eləcə də ərazilərdə formalaşan gündəlik həyat barədə geniş kommunikasiya fəaliyyəti həyata keçirilir.
Görüşdə tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarındakı fəaliyyəti təqdir edilib. Vurğulanıb ki, bu ərazilərə həyatın qayıtmasını, insanların uğur hekayələrini, gündəlik həyatını, yaradılan yeni imkanları və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərini əks etdirən yaradıcı kontentlər ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.
Tələbə və inflüenserlərin öz müşahidə və təəssüratlarına əsaslanan belə məzmunlar görülən işlərin ictimaiyyətə daha təbii və səmimi formada çatdırılmasına töhfə verməklə yanaşı, uzun illər doğma torpaqlarına həsrət qalmış insanlarda müsbət emosiyalar yaradır və ərazilərdə formalaşan yeni həyatın daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu baxımdan, həmin istiqamətdə fəaliyyətin genişləndirilməsinin və yeni, yaradıcı kontentlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı tələbə və inflüenserlər tərəfindən bir sıra yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Həmid Əhədov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Ханкенди обсудили участие студентов и инфлюенсеров в освещении жизни на освобожденных территориях Foto Student and influencer participation in covering life in liberated territories discussed in Khankandi USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 20:55 "Dawn": Hindistan sərhədçilərinin atdığı atəş nəticəsində 2 pakistanlı ölüb Digər ölkələr 20:50 Foto Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Hadisə 20:38 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" NTD kollektivini məğlub edib Komanda 20:24 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb Digər ölkələr 20:10 Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir Digər ölkələr 19:55 Foto Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Daxili siyasət 19:55 Azərbaycanın futzal millisinin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib Futbol 19:41 Video DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb Daxili siyasət 19:41 İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.