Karateçilərimizin beynəlxalq uğurları federasiyada müzakirə olundu

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, səkkizinci dan qara kəmər sahibi Füzuli Musayev beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirinin qalib və mükafatçıları iştirak ediblər.
Tədbirə Bolqarıstanda təşkil olunan Şotokan karate üslubu (WSF) üzrə Avropa çempionatı və birinciliyində fərqlənən idmançılar da qatılıblar.
Görüş zamanı karateçilərin beynəlxalq arenada qazandıqları nailiyyətlər yüksək qiymətləndirilib. Onların qarşıdakı yarışlara hazırlığı və gələcək hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.
Füzuli Musayev idmançıları uğurlu nəticələr münasibətilə təbrik edib və onlara növbəti yarışlarda uğurlar arzulayıb.