Döyüş İdmanı · APA Sport
Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb

Azərbaycan idmançısı Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, o, 15 yaşadək idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.