İdman24
Digər · APA Sport

Salto ilə başlayan hücum qolla bitdi - İranlıdan möhtəşəm assist - VİDEO

Rusiyanın “Spartak Kostroma” klubunun futbolçusu Nader Mohammadi qeyri-adi ötürməsi ilə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, iranlı legioner “SKA-Xabarovsk”la oyunda topu autdan salto edərək meydana daxil edib.

Mohammadinin bu qeyri-adi ötürməsindən sonra “Spartak Kostroma”nın futbolçuları hücumu qolla tamamlayıblar.

Epizod sosial şəbəkələrdə geniş maraq doğurub və qol ilin ən baxımlı qollarından birinə namizəd kimi təqdim olunub.

Orijinal mənbə

İdman24 əsas səhifə