Futbol · APA Sport
Fransa futbolunda ağır itki - "Sent-Etyen"in futbolçusu vəfat edib

Fransa futbolunda faciəvi hadisə baş verib.
Apasport.az xəbər verir ki, “Sent-Etyen”in 21 yaşlı futbolçusu Kenzo Kies həyatını itirib.
"L’Equipe"in məlumatına görə, cinah oyunçusu Lionda qadağan olunmuş ərazidə çaya girərək üzmək istəyib. Lakin futbolçu boğularaq vəfat edib.
“Sent-Etyen” klubu futbolçu ilə bağlı başsağlığı mesajı yayıb.