Formula 1 · F-1.az
Muhəmməd ben Sulayem: FİA-nın missiyası ədalətdir

FIA prezidenti Muhəmməd ben Sulayem bəzən stüardların ünvanına səslənən qərəzlilik ittihamları ilə razı deyil. Tənqid təkcə adi azarkeşlərdən gəlmir - sürücülərin ətrafındakı şəxslər də buna qoşulur. Zandfortdəki yarışdan sonra Mercado Libre sponsorunun nümayəndəsi hətta FIA-nı “Formula 1-in bütövlüyünü məhv etməkdə” ittiham edib.