İdman24
Futbol · Report İdman

Mourinyo hakim qərarlarından narazı qalıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Mourinyo hakim qərarlarından narazı qalıb Futbol 29 noyabr, 2026 05:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo İspaniya çempionatının XIV turunda "Alaves"ə qarşı keçirilən oyunda (1:2) baş hakim Sezar Soto Qradonun idarəçiliyini tənqid edib.

"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssisin açıqlamasını "Marca" nəşri yayıb.

Mourinyo görüşün sonlarında İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemin meydandan qovulmasından narazılığını ifadə edib.

"Ehtiyat oyunçular skamyasından penalti qərarı mənə şübhəli göründü, lakin oyundan sonra Cud qayda pozuntusunun olduğunu dedi. Futbolçu penalti olduğunu söyləyirsə, mən ona inanmalıyam. Görək, bu hakim növbəti mövsüm kimi meydandan qovacaq. İki mövsüm əvvəl Mbappe, ötən mövsüm Vinisius, indi isə Bellingem olub. Görək, növbəti qurbanımız qapıçı Kurtua olacaqmı?", – deyə baş məşqçi bildirib.

Bununla belə, Mourinyo hakim qərarlarını komandasının məğlubiyyətinin səbəbi hesab etmədiyini vurğulayıb və "Alaves"in baş məşqçisi Kike Sançes Floresini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşılaşmanın 86-cı dəqiqəsində Soto Qrado Bellingemə qarşı qayda pozuntusu olduğu ehtimalı ilə "Alaves"in qapısına penalti təyin edib. Lakin videoyazıya baxdıqdan sonra hakim qərarını ləğv edib və simulyasiyaya görə yarımmüdafiəçiyə ikinci sarı vərəqə göstərərək onu meydandan qovub.

Görüşün nəticəsinə əsasən, "Real" 33 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3, ikinci pillədəki "Atletiko"dan isə 1 xal geri qalır. Bununla yanaşı, Kataloniya təmsilçisinin ehtiyatda bir oyunu var.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Моуринью раскритиковал судью за удаление Беллингема в матче с "Алавесом" --> --> --> --> --> USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 07:11 Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb Digər ölkələr 06:48 Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub Digər ölkələr 06:10 İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub Region 05:43 The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib Region 05:08 Mourinyo hakim qərarlarından narazı qalıb Futbol 04:45 Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb Digər ölkələr 04:13 İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb Region 03:49 Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək Digər ölkələr 03:06 "Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə