İdman24
Futbol · APA Sport

“Liverpul”da yeni müqavilə - RƏSMİ

“Liverpul” qapıçısı Freddi Vudmanla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi 29 yaşlı ingiltərəli qolkiperin gələn ilin 30 iyununda başa çatmalı olan müqaviləsinin müddətini daha iki il uzadıb.

Qeyd edək ki, Freddi Vudman 2025-ci ilin yayından “Liverpul”un formasını geyinir. O, ötən mövsüm Mersisayd klubunun heyətində 4 rəsmi oyunda iştirak edib və qapısında 7 qol görüb.

Orijinal mənbə

İdman24 əsas səhifə