Dioqu Jotanın adını səsləndirən azarkeşlərə görə Səudiyyə Ərəbistanı klubu cəzalandırılıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 29° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Dioqu Jotanın adını səsləndirən azarkeşlərə görə Səudiyyə Ərəbistanı klubu cəzalandırılıb Futbol 16 sentyabr, 2026 17:41 Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubuna azarkeşlərinin davranışına görə cəza verilib.
"Report" un məlumatına görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi "Əl-Taavun"un çempionatın VII turunda "Əl-Hilal"a 0:6 hesabı ilə uduzduğu matç zamanı baş verən insidentlə bağlı qərar qəbul edib.
"Əl-Taavun" azarkeşləri qarşılaşma zamanı dəfələrlə mərhum portuqaliyalı futbolçu Dioqu Jotanın adını səsləndiriblər. Tərəfdarlar bununla "Əl-Hilal"ın yarımmüdafiəçisi və Jotanın yaxın dostu Ruben Neveşi təxribata çəkməyə çalışıblar.
Komitənin qərarına əsasən, "Əl-Taavun" Səudiyyə Ərəbistanı çempionatında növbəti iki ev oyununu azarkeşsiz keçirməlidir. Klub həmçinin 23 min avro cərimələnib. Qərar İntizam Reqlamentinin 51-2-ci maddəsinin pozulması kimi qiymətləndirilib və 39-4-cü maddəyə əsasən cəza sərtləşdirilib. Qərar qətidir və apellyasiya şikayəti verilə bilməz.
Neveş matç zamanı təxribata reaksiya verərək əvvəlcə barmağını göyə, daha sonra gözlərinə və tribunaya yönəldib. Bununla azarkeşlərə "Tanrı hər şeyi görür" mesajını çatdırıb.
Qeyd edək ki, Dioqu Jota 2025-ci ilin iyulunda, 28 yaşında İspaniyanın Samora əyalətində baş verən yol qəzasında həyatını itirib. O, qəza zamanı qardaşı Andre Silva ilə birlikdə olub. Araşdırma nəticəsində hadisəyə ötmə zamanı avtomobilin təkərinin partlamasının səbəb olduğu müəyyənləşib. Bundan sonra onun avtomobili yoldan çıxaraq yanıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 29° C Son xəbərlər 18:55 Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır Xarici siyasət 18:45 BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib Fərdi 18:35 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb İnfrastruktur 18:32 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır İnfrastruktur 18:22 Foto Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar Din 18:22 Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib İnfrastruktur 18:21 Foto Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub Xarici siyasət 18:19 Foto AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib İKT 18:12 Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.