İdman24
Döyüş İdmanı · APA Sport

Çimərlik güləşçilərimiz təlim-məşq toplanışına start verib

Çimərlik güləşi üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

Apasport.az xəbər verir ki, hazırlıq prosesi Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.

Sentyabrın 23-dək davam edəcək toplanışda yığmanın baş məşqçisi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edir.

Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsinə hazırlıq xarakteri daşıyır. Toplanışa cəlb olunan yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşırlar.

Orijinal mənbə

İdman24 əsas səhifə