İdman24
Futbol · APA Sport

DÇ-2026: Niderland da uduzdu: Mərakeş 1/8 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Niderland və Mərakeş milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayıb.

Oyunda hesab 72-ci dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı önə keçirən qolu vurub. 90+1-ci dəqiqədə İssa Diop hesabı 1:1 edib və matç əlavə vaxta gedib.

Artırılan hissələrdə də tarazlıq pozulmayıb və qalib penaltilər seriyasından sonra bəlli olub.

Penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi adını 1/8 finala yazdırıb: 3:2.

Afrikalılar bu mərhələdə Kanada ilə qarşılaşacaqlar.

DÇ-2026 1/16 final 30 iyun 05:00. Niderland – Mərakeş 1:1

Qol: K. Qakpo, 72, İ. Diop, 90+1

Niderland : Verbruggen, van Heke, van Deyk, Ake, Dumfris, Qravenberx, de Yonq, van de Ven, Sammervill, Qakpo, Brobbi

Mərakeş : Bono, Mazraui, Riad, Diop, Hakimi, Buaddi, Əl Aynaui, Əl Hannus, Unahi, Dias, Saybari.

Orijinal mənbə

İdman24 əsas səhifə