Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Futbol 26 noyabr, 2026 00:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçda rəqibin itirəcəyi heç nə olmadığını bildirib.
"Report" xəbər verir ki, almaniyalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qarşılaşmanın maraqlı keçdiyini və nəticədən razı qaldığını bildirib:
"Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘Sabah"ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi".
Flik komandasının yol verdiyi səhvlərdən narazı qaldığını da vurğulayıb:
"Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq".
Baş məşqçi ikinci hissənin əvvəlində komandasının yüksək intensivlik nümayiş etdirməsini və qısa müddətdə ardıcıl üç qol vurmasını müsbət məqam kimi qiymətləndirib.
Hans-Diter Flik "Sabah" kollektivi barədə müsbət fikirlər səsləndirib:
"Xüsusilə "Sabah" haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. "Sabah"a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".
Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Foto Məhəmməd Ağayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Флик: "Сабаху" в матче против "Барселоны" нечего было терять --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 00:42 Foto Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Daxili siyasət 00:29 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Futbol 00:10 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Futbol 23:59 Ukraynanın FREYJA raketdən müdafiə sisteminin ilk prototipləri bu qış hazırlanacaq Digər ölkələr 23:45 "Bayer" xərçəngə qarşı eksperimental preparatın hüquqlarını 3,25 milyard dollara alır Digər ölkələr 23:44 Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək Digər ölkələr 23:43 Monteneqro 2028-ci ildə Aİ-yə üzv olmağı hədəfləyir Digər ölkələr 23:40 CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub olub İdman 23:36 Qaradağda palçıq vulkanı püskürüb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.