İdman24
Digər · Report İdman

Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub Fərdi 18 noyabr, 2026 12:33 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Təhsil Respublika İdman Mərkəzinin (TRİM) birgə təşkilatçılığı ilə ölkədə təmiz idman prinsiplərinin təbliği və idmançılar arasında antidopinq mədəniyyətinin formalaşdırılması məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.

Bu barədə "Report" a agentliyin mətbuat xidmətindən bildirilib.

İki hissədən ibarət görüşdə müxtəlif növlər üzrə perspektivli idmançılar, eləcə də onların təcrübəli məşqçiləri iştirak ediblər.

Toplantının əsas məqsədi onlara qadağan olunmuş maddələr və üsullar siyahısı, dopinq nəzarəti prosesinin qaydaları, eləcə də bu halın insan sağlamlığına və karyeraya yaratdığı mənfi təsirlər haqqında ətraflı məlumat vermək olub.

Mütəxəssislər tərəfindən interaktiv formatda aparılan müzakirələr zamanı iştirakçılara dopinq nəzarəti proseduru (testlərin verilməsi qaydaları, idmançıların hüquq və vəzifələri), terapevtik istifadə üçün istisnalar (TUE – zərurət yarandıqda dərman vasitələrindən istifadənin hüquqi tərəfləri) və bioloji aktiv qida məhsullarından istifadənin riskləri mövzularında əsaslı izahatlar verilib.

Sonda maraq doğuran suallar cavablandırılıb və təmiz idman prinsiplərinə sadiq qalmağın vacibliyi bir daha xatırladılıb. Bu cür maarifləndirici layihələrin gələcəkdə də mütəmadi davam etdirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 18:01 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib İnfrastruktur 17:55 Kənan Quluzadə: İƏT-ə üzv ölkələrdə Şuşanın tanıdılması istiqamətində təbliğat işləri aparılıb Turizm 17:51 Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si cərimələnib Daxili siyasət 17:45 Yerjan Mukaş: Bu il İƏT-in turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq Turizm 17:43 Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir Region 17:41 Hesablama Palatası: DSMF-nin debitor və kreditor borcları artıb Maliyyə 17:39 Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb Hadisə 17:37 Azərbaycan axtarışa verilən şəxsi Özbəkistana ekstradisiya edib Hadisə 17:32 "Arsenal" müdafiəçisi Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə