İdman24
Digər · Report İdman

ABF rəsmisi Nağı Səfərov: "Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika ABF rəsmisi Nağı Səfərov: "Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk" Fərdi 28 oktyabr, 2026 15:37 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Boks Federasiyası (ABF) 4 qitə birinciliyində əldə olunan 25 medalı müsbət hal kimi qiymətləndirir.

Bunu "Report" a açıqlamasında ABF-nın baş katibi Nağı Səfərov deyib.

O, boks yığmalarının son yarışlarda əldə etdiyi nəticələrdən danışıb:

"Son 6 aydakı nəticələrə nəzər saldıqda, əminliklə söyləyə bilərik ki, Azərbaycan boksu düzgün istiqamətdə inkişaf edir. Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar ki, bunu olduqca müsbət qiymətləndiririk. Böyüklər arasında Avropa çempionatında əldə olunan 2 qızıl, 1 gümüş və 2 bürünc medal olduqca müsbət haldır. Aşağı yaş qruplarından ibarət yığmalar da özlərini yaxşı tərəfdən göstərirlər. Bu mənada ən çox medal qazanan yığma U-15 oldu. Onların qitə birinciliyində 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanması bizi sevindirməyə bilməz".

Qurum rəsmisi gələcəklə bağlı hədəflərdən söz açıb:

"Əsas məqsədimiz 2027-ci ildə təşkil olunacaq Avropa Oyunlarında və boks üzrə dünya çempionatında yüksək nəticələr əldə etməkdir. İdmançılarımız bu yarışlara yüksək səviyyədə hazırlaşırlar. Təbii ki, 2028-ci ildə ABŞ-də təşkil olunacaq Yay Olimpiya Oyunlarında da uğurlu çıxış etmək istəyirik. Bunun üçün yaxşı hazırlaşmalıyıq".

Qeyd edək ki, Azərbaycan boksçuları 2026-cı ildə keçirilən 4 qitə birinciliyində 5 qızıl, 8 gümüş və 12 bürünc medal qazanıblar. Milli komandalar bu yarışların 3-də medal əyarına görə ilk "altılıq"da yer alıblar.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 17:32 Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv Xarici siyasət 17:30 Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək Maliyyə 17:29 Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır Energetika 17:26 Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib Xarici siyasət 17:25 AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur" Maliyyə 17:22 Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək Maliyyə 17:22 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol 17:20 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb Maliyyə 17:19 ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə