"Bayer 04" Kərim Benzema ilə danışıqlar aparması barədə iddiaları təkzib edib

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Bayer 04" Kərim Benzema ilə danışıqlar aparması barədə iddiaları təkzib edib Futbol 15 sentyabr, 2026 11:40 Almaniyanın "Bayer" klubunun idman direktoru Simon Rolfes komandanın fransalı hücumçu Kərim Benzema ilə müqavilə imzalamaq üçün danışıqlar aparması barədə yayılan xəbərləri təkzib edərək heyətin tam formalaşdırıldığını açıqlayıb.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi Bundesliqa təmsilçisinin hazırkı heyətindən razı olduğunu qeyd edib.
38 yaşlı forvard Almaniya kollektivinə keçməkdə maraqlı olub və bu barədə hazırda həmin komandada çıxış edən sabiq komanda yoldaşları Mussa Diabi və Lukas Vaskeslə müzakirələr aparıb. Keçidlə bağlı şayiələrin artmasına təcrübəli hücumçunun sosial şəbəkədə rəqib klubun rəsmi hesabını izləməsi də təkan verib.
Fransalı hücumçu 2026-cı ilin avqustunda "Əl-Hilal"ı tərk etsə də, Səudiyyə Ərəbistanı Liqası ilə 2030-cu ilədək səfir müqaviləsi qüvvədə qalır. Həmin razılaşma futbolçunun turnirin tədbirlərində iştirakını tələb edir ki, bu da onun Avropa klubunda çıxış etməsinə mane ola bilər. Oyunçunun nümayəndələri Avropaya qayıdışını reallaşdırmaq üçün sözügedən müqavilənin şərtlərini yumşaltmağa çalışırlar.
Qeyd edək ki, K. Benzema 2025-ci ildən Səudiyyə Ərəbistanı təmsilçisində çıxış edib. O, 2025/2026 mövsümündə keçirdiyi 13 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı Fransa yığmasının sabiq üzvünün dəyərini 5 milyon avro qiymətləndirir.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 13:41 Seymur Məmmədov: "Çempionlar Liqasının qrupundakı rəqiblərimizin əksəriyyətini tanıyırıq" Futbol 13:37 Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub Xarici siyasət 13:34 Foto MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub Sosial müdafiə 13:30 Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb Digər ölkələr 13:30 Fərid Ələkbərov: "Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik" Futbol 13:29 Foto Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB Daxili siyasət 13:27 Foto Nehrəmdə yeni məktəb istifadəyə verilib Elm və təhsil 13:26 Azərbaycanın nəqliyyat xidmətləri balansında I yarımildə 2,6 milyard dollarlıq profisit yaranıb Maliyyə 13:26 Foto ATU-da Bilik Günü: Ağ xalatla başlayan böyük yol, yeni başlanğıclar, böyük hədəflər Sosial müdafiə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.