Digər · APA Sport
1/8 finalda növbəti matç - Braziliya - Norveç

Braziliya millisinin DÇ-2026-nın 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Karlo Ançelottinin baş məşqçisi olduğu komanda növbəti raundda Norveçlə qarşılaşacaq.
Bu cütlük Norveçin 1/16 finalda Fil Dişi Sahilini 2:1 məğlub etməsindən sonra rəsmiləşib.
Qeyd edək ki, Braziliya 1/16 finalda Yaponiya üzərində 2:1 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdırmışdı.