İdman24
Döyüş İdmanı · APA Sport

Parataekvondoçumuzdan möhtəşəm uğur – Dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Apasport.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.

20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Tyemirbyek Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.

Sabir həlledici görüşdə son Paralimpiya çempionu, israilli Asaf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.

Orijinal mənbə

İdman24 əsas səhifə