Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycanın yeniyetmə cüdoçularının Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Dünya çempionatının ilk yarış günündə təsnifat mərhələsi avqustun 20-də, Bakı vaxtı ilə saat 19:00-da, final bloku isə avqustun 21-də, saat 02:00-da start götürəcək.
Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)
Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)
Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)
Könül Eyvazlı – Ella Bar Lev (İsrail)
Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə
Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)
İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə
İlkin Qarayev – Yesus Perea Vallve (Peru)
Yusuf Nəzər – Conas Nelissen (Kanada)
Sadiq Məmmədov – Georq Noqes (Estoniya)
Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)
Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)
Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)
Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)
Qeyd edək ki, Azərbaycan avqustun 23-dək təşkil olunacaq mötəbər turnirdə 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.