İdman24
Futbol · APA Sport

Freddi Varqas yenidən “Neftçi”də – Futbolçu Bakıdadır

Daha əvvəl xəbər verdiyimiz kimi “Neftçi”nin sabiq futbolçusu Freddi Varqas yenidən Bakı klubuna qayıdıb.

Apasport.az xəbər verir ki, venesuelalı yarımmüdafiəçi artıq Azərbaycandadır.

27 yaşlı vinger “Neftçi” ilə 3 illik müqavilə imzalayacaq. Onun aylıq maaşının isə 35-40 min dollar olacağı bildirilir.

Freddi Varqas ötən mövsüm icarə əsasında “Neftçi”də çıxış edib. O, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, Varqas karyerası ərzində Venesuelanın "Deportivo Lara" və "Metropolitanos", ABŞ-ın "Dallas" və "North Texas", İsrailin "Makkabi Bney Reyne" və "Makkabi Netanya" klublarının formasını geyinib. O, Venesuela millisində də 3 oyun keçirib. “Transfermarkt” portalı futbolçunun dəyərini 900 min avro olaraq qiymətləndirir.

Orijinal mənbə

İdman24 əsas səhifə