İdman24
Digər · APA Sport

Azərbaycan millisindən qələbə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Apasport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-21 seçməsi ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın qollarını Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov vurublar.

Qeyd edək ki, bu komandalar arasında üç əvvəl keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Orijinal mənbə

İdman24 əsas səhifə