İdman24
Futbol · APA Sport

"Neftçi" - "Sabah" matçının biletləri satışa çıxarılır

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır.

Qiymətlər aşağıdakı kimidir: - Qərb 2 – 2 AZN; - Banişevski alt – 3 AZN; - VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN; - Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN; - VIP Gold – 20 AZN .

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə