Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub Qarabağ 30 oktyabr, 2026 13:17 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İşğaldan azad edilən ərazilərdə hidrometeoroloji stansiyalar qurulub.
"Report" un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclasındakı çıxışında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov açıqlayıb.
V.Kərimov bu çərçivədə 11 hidroloji, 7 avtomat meteoroloji və 4 radioloji stansiyanın qurulduğunu diqqətə çatdırıb:
"İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi üzrə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib".
V.Kərimov həmçinin azad olunmuş ərazilərdə biomüxtəlifliyin artırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb:
"Bioloji müxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ərazilərinə 70 başadək (40 baş ceyran, 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik və 3 baş Bezoar keçisi) müxtəlif cinsli fauna növləri reintroduksiya edilib".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Kopyalandı На освобожденных территориях установлено 11 автоматических гидрологических станций 11 automated hydrological stations installed in Azerbaijan's liberated lands --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 14:40 Foto Azərbaycan ilə Liberiya arasında media sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Daxili siyasət 14:37 Florian Zenqstşmid: "Qarabağ ölkənin turizm məhsullarına əlavə dəyər qatır" Turizm 14:30 İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq üçün dövlət orqanı yaradacaq Digər ölkələr 14:18 Azərbaycan Özbəkistanla maliyyə risklərinin idarə edilməsini müzakirə edib Maliyyə 14:18 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə 14:16 Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb Digər ölkələr 14:15 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Fərdi 14:07 Foto Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib - Yenilənib Qarabağ 14:00 İspaniyada barıt zavodunda partlayış olub, xəsarət alanlar var Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.