AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub Futbol 21 sentyabr, 2026 17:15 AFFA-nın baş katibi Cahangir Fərəcullayevin iştirakı ilə AFFA Region Liqasının 2026/2027 mövsümünün yeni formatının təqdimatı keçirilib.
Qurumdan "Report" a verilən məlumata görə, tədbirdə assosiasiya rəsmiləri, Regional Futbol Federasiyalarının prezidentləri və nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi AFFA Region Liqasının 2026/2027 mövsümünün yeni formatının təqdimatı və qarşıda duran hədəflərin müzakirəsi olub. Tədbiri giriş sözü ilə açan Cahangir Fərəcullayev regionlarda futbolun kütləviliyinin artırılması və Region Liqasının keyfiyyət etibarılə yeni mərhələyə qaldırılmasının AFFA-nın prioritet hədəflərindən biri olduğunu vurğulayıb.
Daha sonra yeni mövsümün reqlamenti, komandaların qruplaşdırılması və təqvimlə bağlı ətraflı təqdimat nümayiş olunub.
Təqdimatın ardınca regional federasiya rəsmilərinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ötən mövsümlərdə qarşıya çıxan təşkilati və infrastruktur problemləri, hakimlərin idarəçiliyi, klubların qeydiyyatı prosesində yaşanan çətinliklər xüsusi diqqət mərkəzində olub. Regional federasiya prezidentləri öz bölgələrindəki mövcud vəziyyət barədə məlumat verərək, turnirin daha hamar və peşəkar təşkili üçün təkliflərini səsləndiriblər.
Baş katib və assosiasiya rəsmiləri qaldırılan problemlərin həlli istiqamətində AFFA-nın dəstəyini əsirgəməyəcəyini bildiriblər. Maddi-texniki bazanın gücləndirilməsi, regionlarda futbol infrastrukturunun yaxşılaşdırılması və qarşıya çıxan çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün konkret fəaliyyət planının hazırlanması qərara alınıb.
Tədbirin sonunda qarşıdan gələn mövsümdə bütün iştirakçılara uğurlar arzulanıb və Region Liqasının ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 18:43 Video Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Hadisə 18:40 Şahmat Olimpiadası: Azərbaycanın kişi komandası qələbə qazanıb, qadınlar isə məğlub olublar Fərdi 18:33 Xəzər dənizində zəlzələ olub Digər 18:31 Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib Hadisə 18:23 Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər Fərdi 18:20 Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır Digər ölkələr 18:16 Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq Maliyyə 18:14 Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb Futbol 18:10 "Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.