Elmar Baxşıyev: "Sabah" Norveçdə maneələri tez dəf etsə, uğurlu nəticə qazana bilər"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elmar Baxşıyev: "Sabah" Norveçdə maneələri tez dəf etsə, uğurlu nəticə qazana bilər" Futbol 04 noyabr, 2026 14:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının Liqa mərhələsində Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gələcək "Sabah" komandası qarşısındakı maneələri tez dəf edəcəyi təqdirdə uğurlu nəticə qazana bilər.
Bunu "Report" a açıqlamasında futbol mütəxəssisi Elmar Baxşıyev deyib.
O, rəqibin gücünü və Norveç futbolunun inkişafını önə çəkib:
"Bugünkü qarşılaşmanı hamı səbirsizliklə gözləyir. Qiymətləndirmə aparsaq, hər kəsin bu komanda ilə oyunda xal və ya xallar qazanmaq haqqında düşündüyünü görərik. Digər rəqiblərə nəzər yetirdikdə, "Vikinq" adlı-sanlı görünməyə bilər. Lakin Norveç klublarının son illərdə, xüsusən də "Budyo-Qlimt"in göstərdiyi nəticələr bu ölkə futbolunun inkişaf dövrünü yaşadığından xəbər verir. Ölkəsinin son çempionu olduğundan rəqibi çətin komanda adlandıra bilərik".
Mütəxəssis rəqibin oyun üslubunu və yaradacağı çətinlikləri də vurğulayıb:
"Evdə "Bavariya" ilə bərabərlik "Vikinq"in adlı-sanlı rəqiblərə də başağrı yaradacaq gücdə olduğunu göstərir. Heyətin böyük hissəsi norveçlilərdən ibarətdir. Bir oyunlarını izləmişdim, komandanın hücuma çox tez çıxdığı, öndə təhlükəli və yaradıcı olduğu görünürdü. Onlar azarkeş dəstəyi, süni örtüklü meydan və ən əsası soyuq iqlim ilə rəqiblərə çətinlik yaşadırlar. "Sabah" qarşısındakı bu maneələri dəf etsə, uğurlu nəticə qazana bilər".
Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 00:00-da Stavanger şəhərində start götürəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 14:49 Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb Daxili siyasət 14:47 "İmişli"nin U-19 komandasına altı legioner futbolçu cəlb olunub Futbol 14:46 Sahil Babayev:"2027-ci ilin büdcə zərfində sosial islahatlar üçün ehtiyat vəsait nəzərdə tutulub" Maliyyə 14:42 Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular Analitika 14:38 Demokratlar ABŞ Nümayəndələr Palatasında 260-a yaxın yer qazana bilərlər Digər ölkələr 14:35 ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb Digər ölkələr 14:33 Maliyyə naziri: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir" Maliyyə 14:32 Azərbaycanda gələn il iqtisadi fəaliyyət xərcləri ən yüksək paya malik olacaq Maliyyə 14:29 Video Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.