Futbol · APA Sport
Azərbaycanlı hakimə UEFA-dan təyinat – “Roma” – “Real” matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında növbəti təyinatını alıb.
Apasport.az xəbər verir ki, o, liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) – “Real” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Umudluya həmyerliləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 14-də Romadakı “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.