"Sabah"ın 127 yaşlı rəqibi: "Vikinq"in iki baş məşqçi modeli ilə çempionluğa gedən yolu

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Sabah"ın 127 yaşlı rəqibi: "Vikinq"in iki baş məşqçi modeli ilə çempionluğa gedən yolu Futbol 02 noyabr, 2026 10:45 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundakı rəqibi Norveçin "Vikinq" klubu 1899-cu ildə yaradılıb.
"Report" un məlumatına görə, Stavanger şəhərini təmsil edən köklü komanda 9 qat ölkə çempionu, Norveç Kubokunun 6 qat qalibidir.
Komanda ev oyunlarını 16 300 tamaşaçı tutumuna malik "Vikinq stadionu"nda keçirir.
"Viking" dünya futbolunda nadir rast gəlinən model tətbiq edir – komandaya iki bərabərhüquqlu baş məşqçi rəhbərlik edir. Bunlar Byarte Lunde Aarsheym və Morten Yensendir. Hər ikisi 2021-ci ildən komandaya rəhbərlik edir. Onlar eyni səlahiyyətə malikdirlər. Məşq prosesini, taktiki hazırlığı birlikdə idarə edirlər. Aarsheym əsasən müdafiə, Yensen isə hücum üzərində çalışır. Heyət seçimi və digər mühüm qərarları müzakirə edərək birgə qəbul edirlər. Bu əməkdaşlıq 2025-ci ildə komandaya 34 illik fasilədən sonra Norveç çempionluğunu qazandırıb. Klubun rəhbəri isə Yan Henrik Celsadır.
Klubun ən parlaq dövrü 1970-ci illərə təsadüf edir. "Vikinq" 1972, 1973, 1974, 1975-ci illərdə ardıcıl dörd dəfə Norveç çempionluğuna sahib çıxıb.
Komanda hazırda 59 xalla ölkə çempionatında liderdir. İkinci sıradakı "Budyo Qlimt"in də eyni xalı var. Stavanger təmsilçisinin heyətinin əsasını norveçli oyunçular təşkil edir. Lakin Slovakiya, Danimarka, Niderland, Avstraliya, Yeni Zelandiya, İslandiya və Qanadan olan legionerləri də var.
"Vikinq" qitənin bir nömrəli klub turnirinin Liqa mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə "Aston Villa"ya, Almaniyada "Ştutqart"a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi "Bavariya" ilə bərabərə qalıb - 3:3.
Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 12:10 "İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib Mədəniyyət siyasəti 12:08 Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək Region 12:02 Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb Region 11:46 İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib Digər ölkələr 11:43 "Tam Store" barədə inzibati protokol tərtib olunub Biznes 11:42 Çin lideri: Oman Sultanının səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verəcək Digər ölkələr 11:41 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Daxili siyasət 11:31 Ötən ay 4 898 hektardan çox ərazi minalardan təmizlənib Daxili siyasət 11:28 Foto Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.