“Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”

İngiltərənin “Liverpul” klubu yeni titul sponsorunu açıqlayıb.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi "Turkish Airlines" ilə əməkdaşlığa başlayacaq.
Tərəflər arasında müqavilə 5 il müddətinə nəzərdə tutulub. Əməkdaşlıq 2027-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Razılaşmaya əsasən, 2027/2028 mövsümündən etibarən "Turkish Airlines"in loqosu “Liverpul”un əsas komandasının, qadınlardan ibarət komandasının və akademiya komandalarının oyun formalarının ön hissəsində yer alacaq.
Britaniya mətbuatının məlumatına görə, 5 illik müqavilənin ümumi dəyəri 300 milyon funt-sterlinqdən çox olacaq. “Liverpul” hər mövsüm sponsorluqdan 60 milyon funt-sterlinqdən artıq gəlir əldə edəcək.
Qeyd edək ki, “Liverpul”un hazırkı əsas sponsoru "Standard Chartered"dir. Şirkət 2010-cu ildən klubun formasının ön hissəsində yer alır. 17 illik əməkdaşlıqdan sonra "Standard Chartered" 2027/2028 mövsümündən etibarən klubun qlobal tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək.