Digər · APA Sport
Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Qalatasaray” və “Fənərbaxça”nın futbolçuları ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı 2 oyunluq cəzalandırılıb.
“Fənərbaxça”nın futbolçusu Arçi Braun isə daha ağır cəzaya məruz qalıb. İngiltərəli müdafiəçi 3 oyunluq diskvalifikasiya edilib.
Beləliklə, hər iki futbolçu komandalarının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 26-da keçirilən İstanbul derbisində “Qalatasaray” “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Abdülkerim Bardakçı ilə Arçi Braun arasında əlbəyaxa dava baş verib.